9 PKK terrorçusu həbs edildi

15/01/2019 - 19:28 5 740 0   0  

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Suveren.az yerli mətbuata istinadən xəbər verir ki, Başakşəhir, Bəyoğlu, Sancaktəpə, Sultanbəyli və Şişlidə eyni zamanda keçirilən əməliyyatlarda 9 PKK mənsubu həbs olunub.

Saxlanılan şəxslər “Molotov kokteyli” ilə terror aktları törətməkdə, o cümlədən avtomobillərin yandırılması cinayətinə görə axtarışda olublar.