9 nəfərin həlak olduğu ehtimal edilir – Rusiyada mədəndə yanğın

23/12/2018 - 08:58 1 915 0   0  

Rusiyanın Perm vilayətinin Solikamsk şəhərində mədəndə baş vermiş yanğın nəticəsində 9 nəfərin həlak olduğu ehtimal edilir.

AZƏRTAC xəbər verir ki, Perm vilayəti Təhqiqat Komitəsi mətbuat xidmətinin məlumatına görə, mədəndə çalışan 17 nəfərdən 8-i xilas edilib, qalan 9 nəfərlə əlaqə yoxdur. Onların həlak olduğu ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb.