7 milyonluq zümrüd daşı tapıldı

01/11/2018 - 19:44 13 129 0   0  

Afrika ölkəsi olan Zambiyada 1,1 kilo ağırlığında zümrüd daşı tapılıb.

Suveren.az teleqraf.com-a istinadla xəbər verir ki, 5,655 karatlıq zümrüd parçalara ayrıldıqdan sonra satılacaq.

Daş mərkəzi ofisi Londonda yerləşən "Gemsfield" şirkətinin Zambiyadakı mədənindən tapılıb.

İki mədənçi tərəfindən tapılan zümrüd daşının dəyəri 2 milyon funt sterlinqdir.

Daşa "Aslan" adı verilib. 2010-cu ildə bu ölkədə 6,225 karatlıq zümrüd daşı tapılmışdı.