65 yaşlı qadın boğularaq qətlə yetirilib

22/12/2018 - 20:09 6 181 0   0  

Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətllə yetirilib.

“Report”un məlumatına görə, rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı Ə.Axundovanın kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosların arasında gizlədiblər.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.