5G Koronavirusun yayılmasına səbəb olurmu? - TÜRK ANALTİKDƏN SENSASİON AÇIQLAMA

06/04/2020 - 15:54 1 130 2   0  

2019-cu ilin dekabrında Çində başlayan koronavirus epidemiyası virusun laboratoriyalarda hazırlandığı ehtimalları ilə bərabər virusun yayılması və mutasiyaya uğradılmasında 5G texnologiyasının da xüsusi rolunun olmasının müzakirələrinə səbəb oldu.

Suveren.az mövzu ilə əlaqədar Türkiyəli strateq-analitik Abdullah Çiftçinin fikirlərini təqdim edir. "Koronavirus epidemiyası ilə 5G texnologiyası arasında əlaqə olduğunu düşünənlər var. 2017-ci ildə tərkibində Türkiyədən də 18 alimin olduğu dünya miqyasında ciddi elm adamlarından ibarət qrup BMT-yə məruzə təqdim etdilər. Məruzə belə başlayır:

“Biz ionlaşmayan elektromaqnit sahələrinin - EMF bio aləm və insan sağlamlığı üzərinə təsiri ilə bağlı araşdırmalar aparan elm adamlarıyıq. Tibbi nəşrlərdə yayınlanan araşdırmalar işığında yaşayış sahələrində gün keçdikcə artmaqda olan elektrikli və naqilsiz cihazlardan qaynaqlanan elektromaqnit sahələrindən çox narahat olduğumuzu bildiririk. Dünyada həşarat populyasiyasının yüzdə səksənə qədər azaldığını bildirən nəşrlər var və bunun azalmasında elektromaqnit dalğalarının təsirinin olduğu, əvvəlcə 4G, indi isə 5G –nin çox təsirinin olduğuna dair ciddi elmi tədqiqatlar var. 5G məsələsinin, daha doğrusu rəqəmsal dünya məsələsini başdan bəzi izləyirik. Bir neçə gün əvvəl başqa ölkələrdə yaşayan tanış adamlara “yaşadığınız ölkələrdə karantin səbəbindən küçələr boş ikən, 5G baza stansiyalarının qurulması işləri aparılırmı?” deyə araşdırma apardıq. İnsanlar karantin müddətində evdə oturduqlarına görə vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Koronovirusun səbəb olduğu ən əsas şey nəfəs çatışmazlığı üzündən ölümün baş verməsidir. 5G ilə bağlı araşdırmalarda onun da ağciyərlərin oksigen udmasını azaltdığına, 4G-nin də hüceyrənin su udmasını azaltdığına dair çox ciddi elmi mənbələr var. Bir qrup alim də 5G-nin tər vəzilərinə təsir etdiyini, yəni orqanizmin tərləməsinə nəzarət edə biləcəyini, onu stressə sala bilməsini, saçların tökülə biləcəyini, insan DNK-nı dəyişdirə biləcəyini bildirir. DNK –da dəyişiklik mikroorqanizmlər üçün mutasiya, insan üçün isə xərçəng xəstəliyi deməkdir. Artıq bir çox ölkədə bu müzakirə olunmağa başladı- Koronavirus mutasiyaya uğrayırmı? Bu virusun qarşısını alacaq peyvəndin tapılması üçün işlər aparılır. Bəs virus mutasiyaya uğrasa nə baş verəcək? Bir-iki gün əvvəl Bill Gates verdiyi açıqlamada bildirdi ki, “koronovirus peyvəndi yalnız 12-18 ay ərzində əldə oluna biləcək və insanların bir hissəsi karantində, bir hissəsi isə küçələrdə ikən bu müddət uzana bilər. Yəni insanlar iki-üç ay sonra sərbəst hərəkəıtə başlayarsa epidemiya yenidən qayıda bilər”. Necə ki, BBC-də Cənubi Asiya ölkələrində virusa yoluxanların sayının artmasına dair xəbərlər gəlməyə başladı. İndi 5G ilə paralel gedən mikroorqanizmin detallarının ciddi şəkildə araşdırılması lazımdır". Materialın ardını videoda izləyə bilərsiniz.         

Suveren.az