5G, “Davos forumu”, Bill Qeyts, mikroçiplər, bioloji silah, “Çin virusu”... – bunları bir-biri ilə nə bağlayır?

16/04/2020 - 13:05 9 561 1   0  

Elm adamları bir tərəfdən virusa çarə axtarmağa, digər tərəfdən də sui-qəsd nəzəriyyələri barədə fikirlərini bildirməyə çalışırlar.

Dünyada 2 milyon nəfərə qədər adamın yoluxduğu yeni tipli koronavirus 127 min nəfərdən artıq insanın ölümünə səbəb olub.

BMT-nin baş katibi  Antonio Quterres “Tvitter” ünvanındakı açıqlamasında qəsd nəzəriyyələri ilə bağlı belə yazıb: “Ortaq düşmənimiz Kovid-19-dur, lakin eyni zamanda yanlış məlumatların yayıldığı infodemiyadır”.

Koronavirusla bağlı qəsd nəzəriyyələrinə nəzər salaq:

5G ilə yayılır

5G-nin orqanizmin müqavimətini azaldaraq Kovid-19-a qarşı zəiflətdiyi barədə yayılan fərziyyələrdən sonra İngiltərədə Birminhem, Liverpul və Belfastdakı 5G baza stansiyaları əhali qrupları tərəfindən hücuma məruz qaldı.

Hər kəsin bədəninə çip yerləşdirəcəklər

ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Rocer Stoun “Maykrasoft” şirkətinin yaradıcısı Bill Qeytsin insanların bədənlərinə mikroçiplər yerləşdirməsi üçün koronavirusu meydana çıxardığını iddia edib.

“Davosda planlaşdırılmış tamaşa”Rus tennisçi Marat Safin də buna bənzər bir iddia ilə çıxış edib, koronavirus epidemiyasına inanmadığını və bundan əvvəl belə bir simulyasiyanın həyata keçirildiyini bildirib: “Bütün bunlar Davos iqtisadi sammitində planlaşdırılıb və nələrin baş verə biləcəyini simulyasiya etdilər”.

Çin ilə ABŞ bir-birini ittiham elədilər

• Çin rəhbərliyi 2019-cu ilin oktyabrında Vuhanda keçirilən Ümumdünya Hərb Oyunlarında iştirak edən ABŞ ordusu üzvlərinin Çin iqtisadiyyatını baltalamaq məqsədi ilə virusu Çinə gətirmiş ola biləcəklərini iddia edirlər.

• Rusiya mediası “Koronavirusun süni şəkildə laboratoriyada istehsal edildiyini, epidemiyanın arxasında ABŞ kəşfiyyat təşkilatı və böyük dərman şirkətlərinin durduğunu iddia edir.

• İranın ali dini lideri Əli Xamanei “Tvitter” səhifəsində yazıb: “Koronavirus epidemiyası bioloji müharibənin bir hissəsi ola bilər”.

• ABD prezidenti Donald Tramp və xarici işlər naziri Mayk Pompeo da daxil olmaqla yüksək vəzifəli şəxslərin bəziləri 2019-cu ilin sonunda ilkin yoluxma halları Çində meydana çıxdığı üçün, Kovid-19-u “Çin virusu” adlandırırlar.

Hurriyyet.org