58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir?

24/03/2019 - 21:40 3 727 0   0  

2008-ci ildən 2018-cu ilədək dövlət büdcəsindən tikinti layihələri üçün 53 milyard 206 milyon manat vəsait xərclənib. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, bu dövrdə xərclənmiş vəsaitin orta illik miqdarı 4 milyard 837 milyon manat olub. 

 

Bu il üçün isə dövlət büdcəsindən tikintiyə 6 milyard 390 milyon 600 min manat vəsait ayrılacaq: “Büdcə xərlərinin hər il 30-35 faizini təşkil edən bu xərc maddəsi üzrə ayrılan vəsaitin hara, necə və kim tərəfindən xərclənməsinə dair məlumatlar nəinki ictimaiyyətə, hətta Milli Məclis üzvlərinə qapalıdır. Tikintiyə ayrılan vəsaitlər Azərbaycan dövlət büdcəsinin ən çox korrupsiyalaşmış xərc maddəsidir”.

 

 

58 milyard pulun hara xərcləndiyi niyə gizlədilir?