52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb - Dövlət Komitəsi

14/01/2019 - 16:11 2 311 0   0  

2018-ci ildə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

SalamNews xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı hakim partiyanın saytına verdiyi müsahibədə bildirib.
M.Qurbanlı deyib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyata baxılaraq, onlardan 26-sının çapı məqsədəuyğun sayılmamışdır. 2018-ci ildə Dövlət Komitəsi ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirib.
50 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərdə rayon icra hakimiyyətləri, təhsil müəssisələri, Azərbaycan Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası (YAP) və YAP-ın Gənclər Birliyi, eləcə də Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və silahlı qüvvələri ilə yaxından əməkdaşlıq edilib.