49 yaşlı qadını avtomobil vurdu

06/02/2019 - 22:06 8 992 0   0  

Gəncə şəhərində piyadanı avtomobil vurub.

"Report"un məlumatına görə, şəhər sakini, 1970-ci il təvəllüdlü Səfurə Bahadur qızı Atakişiyevanı yolu keçmək istəyərkən avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.