44 terrorçu məhv edildi – İŞİD-ə zərbə

12/12/2018 - 22:26 814 0   0  

İraq Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD terror təşkilatının Əd-Dəraz bölgəsindəki mövqelərinə qarşı keçirdiyi əməliyyatlarda çoxsaylı terrorçu zərərsizləşdirilib.

Suveren.az xəbər verir ki, İŞİD-in bölgədəki mövqeləri “F-16” qırıcıları ilə bombardman edilib.

Məlumata görə, İraqın döyüş qırıcıları terror təşkilatının 44 üzvünün olduğu mövqeləri hədəf alıb və obyektlərin hamısı məhv edilib.