300 məcburi köçkün ailəsinə ev verildi - Video

23/01/2019 - 22:25 2 695 0   0  

Qaradağ rayonunun Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, rayondakı 9 obyektdə müvəqqəti məskunlaşan 300 məcburi köçkün ailəsinə bu üsulla yeni mənzillərinin orderləri təqdim edilib.

Püşkatma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və mənzil təqdim edilən ailələrin iştirakı ilə keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament direktoru İbrahim Mirzəyev deyib ki, mənzillər rayon ərazisindəki qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkünlərə verilib.

İ.Mirzəyevin sözlərinə görə, Qaradağ rayonu, Ümid qəsəbəsində ikinci mərhələ üzrə məcburi köçkün ailələri üçün beşmərtəbəli 4 bina inşa edilib. Binadakı mənzillər zəruri infrastrukturla təchiz edilib.

Bundan başqa, qəsəbədə lazimi bir sıra binalar da tikilib.

Burada həmçinin inzibati bina, klub-icma mərkəzi və qazanxana da inşa edilib.