3 uşaq yanaraq KÜL OLDU - DƏHŞƏTLİ HADİSƏ

09/11/2018 - 21:58 6 130 0   0  

Rusiyanın Volqoqrad vilayətində şəxsi mənzildə baş verən yanğın zamanı 3 uşaq dünyasını dəyişib.

Suveren.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Leninsk şəhərində olub. Agentliyin məlumatına görə, evdə tək olduqları ehtimal edilən uşaqların cəsədləri yanğın söndürülükdən sonra tapılıb. Cəsədlərdən biri 6 aylıq körpəyə məxsusdur.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.