3 uşaq anası itkin düşüb

18/01/2019 - 21:05 2 848 1   1  

Neftçala rayonunda üç uşaq anası itkin düşüb. Hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb. 

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Report)