23 yaşlı gənc intihara cəhd edib

29/01/2019 - 19:13 1 294 0   0  

Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. Hadisə rayonun Badamağac kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1996-ci il təvəllüdlü İ.Ə. özünü yaşadığı evin tavanından kəndirlə asaraq intihara cəhd edib.

İ.Ə.-nin özünü asdığını görən ailə üzvləri dərhal qadının boynundan kəndiri çıxarıblar və gənc qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas ediblər.

Məlumata görə, qadın evlidir və bir övladı var. Onun hansı səbəbdən intihara cəhd etməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.