«2050-ci İLƏ RUSLAR TÜKƏNƏCƏKLƏR…» – “Burada tamam başqa xalqlar yaşayacaqlar”.

05/03/2019 - 20:15 2 242 0   0  

 Rusiya KİV-də  verilən xəbərə görə, Patriarxaxlığın ailə, analığın müdafiəsi və uşaqlıq məsələləri üzrə komissiyasının sədri Dmitri Smirnov hesab edir ki, 2050-ci ilə ruslar «qurtaracaqlar».

Bu barədə komissiya sədri «Danışır Moskva» radiostansiyasına bəyan edib.

Protoiereydən Rusiya müftilər Şurasının başçısı Ravil Qaynutdinin «15 ildən sonra demək olar, rusiyalıların üçdə biri müsəlman olacaq» fikrini şərh etməyi xahiş ediblər. Smirnov hesab edir ki, bu proqnoz doğrudur.
«Təxminən o qədər də olacaq. Müsəlmanlar çox uşaq doğurlar. Tatarlar yox, məhz qafqazlılar – çeçenlərdə və inquşlarda hər ailə 8 uşaq. Rusiyalılar 2050-ci ilə tükənəcəklər. Burada tamam başqa xalqlar yaşayacaqlar – çeçenlər, inquşlar, ərəblər…»

Müxbirin «situasiyanı dəyişmək mümkündürmü?» – sualına protoierey belə cavab verib: «Artıq gecdir».

Bu gün Dövlət Dumasında «Rusiyada İslam tarixi: gələcəyə baxışla düşünmək»mövzusunda keçirilən elmi-praktik konfransda Ravil Qaynutdin bəyan edib ki, 15 ildən sonra ölkədə müsəlmanların sayı əhəmiyyətli dərəcədə artacaq.

«Kompetentliyi şübhə doğurmayan mütəxəssislərin proqnozlarına görə, 15 ildən sonra Rusiya əhalisinin 30 faizindən çoxu müsəlmanlardan ibarət olacaq» – deyə, Ravil Qaynutdin bəyan edib.