2019-cu ilin dövlət büdcəsi qəbul edildi

30/11/2018 - 12:31 2 203 0   0  

Milli Məclisin plenar iclası başlayıb. Bu iclasda 45 məsələ, eləcə də 2019-cu ilin dövlət büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İclasda çıxış edən millət vəkili Ziyad Səmədzadə bildirib ki, deputatların bir sıra təklifləri hökumət tərəfindən qəbul edilib və büdcə xərcləri artırılıb:
“Son illərdə ilk dəfə olaraq dövlət büdcəsinin xərcləri 410 milyon manat artırılıb. Bu da iqtisadi layihələrin daha da artmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olacaq”.
“2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi və bütövlükdə büdcə zərfi səsverməyə çıxarılaraq qəbul edilib.