2 uşağını atıb ər evindən qaçan gəlinin əri özündən çıxdı: "Nə deyirsən..." - VİDEO

26/10/2018 - 13:09 9 649 0   0  

ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələn Yeganə adlı qızın həyat yoldaşı və atası uşaqları ona göstərməkdən imtina edib.

Suveren.az baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin uşaqlarını görüntüləmək istəyən müxbirə və operatora hücum çəkən şəxslərin əməlləri lentə alınıb.

Uşqları Yeganəyə göstərməyəcəyini deyən ata və oğul hətta mətbuat işçilərini də hücum çəkir.

Qeyd edək ki, Yeganə iki uşağını atıb ər evindən qaçıb. O, Zaurun aparıcılıq etdiyi "Bizimləsən" verilişində bildirmişdi ki, heç bir halda o ailəyə qayıtmayacaq. Yeganə yaxşı və sərbəst yaşamaq istədiyini söyləyib: "Uşaqlarım üçün çox darıxıram. Ürəyim partlayır. Amma ora qayıdan deyiləm".