19 yaşlı gənc güllələndi

01/02/2019 - 20:35 1 441 0   0  

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib. “Report” xəbər verir ki, hadisə kənd məscidinin yaxınlığında baş verib.

Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.

Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.

Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.