“180 manatla dolana bilərsiniz” deyən Hadı Rəcəblinin ƏMLAKININ SİYAHISI

24/02/2019 - 16:29 1 738 0   0  

Millət vəkili Hadi Rəcəbli tez-tez qıcıq doğuran açıqlamalaır ilə gündəmə gəlir. Millət vəkili bu dəfə də verdiyi açıqlamada maraqlı nüanslara toxunub.
Suveren.az sosial şəbəkədəki səhifələrin birinə istinadən xəbər verir ki, bu dəfə millət vəkilinin çoxsaylı əmlakları sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.
Deputat Hadı Rəcəbli dünən yeni açıqlama verib: "180 manatla bir ay dolanmaq olar". Buyurun, bu da ayda 180 manatla "dolanan" Hadı Rəcəblinin biznesi, sərvətləri:
 
1. "DNS" Komputers şirkəti ( 7 mağaza) 
2. Nizami küçəsində brend geyimlər mağazası (2 mağaza) 
3. Sahil metrosunun yaxınlığında 3 ticarət obyekti (arendaya verib) 
4. "Lənkəran" şadlıq sarayı 
5. Lənkəranda YDM (yanacaqdoldurma məntəqəsi) 
6. "Palıdlı sahil" istirahət mərkəzi
7. Lənkəranda istirahət-sağlamlıq sanatoriyası 
8. "Palıdlı" Hotel
9. Lənkəranda univermaq, 5 mağaza
10. Bakı şəhəri H.Cavid prospektində 2 mənzil
11. Badamdarda villa
12. Lənkəranda villa
13. Lənkəranda hektarlarla torpaq sahələri
14. Novxanıda villa
15. Qızı bağçalar şəbəkəsinin sahibidir 
16. Oğlu Tural biznesini idarə edir
17. Digər oğlu Vüsal Rəcəbli "Həyat" Beynəlxalq Humanitar Təşkilatının prezidentidir, milyonlarla dotasiyaları öz cibinə doldurub
18. Banklarda milyonlarla sığortalı pul kütləsi, əmanət
19. Digər qızı klinika rəhbəridir ( o da deputat gəlinidir) 
20. Nizami küçəsində 4 otaqlı mənzil və s.